Previous Next
Bağla

Filip Kotlerin kitabında “Aztelekom” təcrübəsindən bəhs olunacaq

21-05-2025 11:25
Filip Kotlerin kitabında “Aztelekom” təcrübəsindən bəhs olunacaq

Aztelekom, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinginin (AZCON ) tərkibində fəaliyyət göstərən telekommunikasiya şirkəti, müasir marketinqin atası kimi tanınan hörmətli Dr. Filip Kotlerin təsis etdiyi Kotler Impact-in son təşəbbüsü - "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing - EOMM) kitabının ilk  Azərbaycan nəşrində təqdim olunacaq.

Xeberler.az bildirir ki, kitabda şirkətin həyata keçirdiyi “Onlayn Azərbaycan” meqalayihəsinin icra prosesi və Azərbaycanın rəqəmsal transformasiyasında layihənin əhəmiyyəti barədə yazılacaq.

100-dən çox ölkəni əhatə edən bu qlobal layihə çərçivəsində hazırlanacaq kitab seriyası hər bir ölkəyə xüsusi yanaşma ilə tərtib olunaraq yerli biznes uğurlarını beynəlxalq marketinq prinsipləri ilə bir araya gətirir. Italiya, Braziliya, Polşa, Hindistan, Pakistan, Banqladeş, Gürçüstan, Türkiyə də daxil olmaqla 30-dan çox ölkə bazarları haqqında nəşr olunmuş kitablar geniş oxucu marağı ilə qarşılanıb.

Azərbaycan üçün hazırlanan nəşr isə ölkənin uğurlu biznes təcrübələrinin beynəlxalq arenada tanıdılmasına töhfə verməklə yanaşı, yerli biznes mütəxəssislərinə də dünya təcrübəsindən faydalanmaq imkanı yaradacaq. Kotler Impact-in MDB regionu və Azərbaycandakı ekskluziv nümayəndəsi olan AWE Consulting bu təşəbbüsün ölkəmizdə reallaşmasında əsas rol oynayır. Kitab qlobal elektron kitabxanalarda və təhsil platformalarında təqdim ediləcək.

“Aztelekom”un bu kitabda yer alması ilə bağlı fikirlərini bölüşən şirkətin baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib:

“Kotler İmpact-in nəşrində “Onlayn Azərbaycan” layihəsinin yer alması bizim üçün böyük qürur mənbəyidir. Bu kompleks layihə ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, rəqəmsal savadlılığın artırılmasına və Azərbaycanın investisiya cəlbediciliyinin güclənməsinə təkan verdi. Eyni zamanda bu miqyasda layihənin icrası “Aztelekom”un gündəlik işə yanaşmasında da fundamental dəyişikliklərə səbəb oldu. Dəqiq strateji hədəfləri, güclü komanda işi və ortaq məqsədə inam bu mürəkkəb layihənin uğurla həyata keçirilməsinə imkan yaratdı. Bu layihənin icrası zamanı şirkətimizin keçdiyi yolun “Müasir marketinqin əsasları” kitabında əks olunması bizim üçün həm böyük nailiyyətdir, həm də daha yüksək hədəflərə çatmaq üçün əlavə motivasiyadır”.

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət “Ookla” tərəfindən “Speedtest Award for Fastest Fixed Network” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan nüfuzlu “İDATE” şirkəti tərəfindən “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb

08-05-2025

“Aztelekom” “SAMENA Liderlər Sammiti”ndə təcrübəsini paylaşacaq

22-05-2025

“Aztelekom” daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb

30-05-2025

“Aztelekom”un dəstəyi ilə “GAMESUMMIT” keçiriləcək

26-05-2025

“Bakcell” “Müasir Marketinqin Əsasları Azərbaycan Nəşri”nə qoşulub

12-03-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçirilib

29-04-2025

Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

13-05-2025

“Ookla” “Onlayn Azərbaycan” haqqında analitik məqalə yayımlayıb

14-05-2025

“Aztelekom”un dəstəyi ilə “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək

22-04-2025

"Aztelekom" yenidən təşkil edilir

25-04-2025

“Aztelekom” MMC-nin yenidən təşkili qeydə alınıb

15-05-2025

“Aztelekom” Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçilib

27-02-2025

“AzInTelecom”un təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

24-10-2025

"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində

21-06-2025

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

17-03-2025

“Aztelekom” beynəlxalq assosiasiyaya üzv olub

21-10-2025

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatıb

10-03-2025

Cənubi Qafqazın ən böyük oyun festivalı sona çatıb

17-06-2025

Son iki ildə ölkədə genişzolaqlı internetin illik orta sürəti artıb

10-03-2025

“Aztelekom” daha bir beynəlxalq mükafata layiq görülüb

04-03-2026

“Aztelekom” 2 beynəlxalq mükafata layiq görülüb

28-10-2025

“Aztelekom” infrastruktur bazasını yeniləyir

03-02-2026

“Aztelekom” 10G və 50G PON texnologiyalarının tətbiqinə başlayacaq

28-08-2025

“Aztelekom”da hündürlükdə işlərin təhlükəsiz görülməsi ilə bağlı təlim keçirilib  

10-06-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə